Tikinti materialları mağazası proqramı
Metrlə kabel, kisə ilə sement, qutu ilə kafel — hamısı bir kassada. Ustaya xüsusi qiymət, nisyə dəftəri və təchizatçı borcları bir sistemdə.
Kart məlumatı tələb olunmur
Hansı problemləri həll edir?
Metr və kq hesabı qarışır
Miqdar 0,001 dəqiqliyi ilə satılır və alınır — 12,5 metr kabel qalıqdan dəqiq çıxılır.
Ustaya endirim əl ilə edilir
Müştəriyə məhsul üzrə xüsusi qiymət verilir, kassada müştəri seçiləndə özü tətbiq olunur.
Usta borcları dəftərdə itir
Nisyə satışlar çeklə birlikdə borc dəftərinə düşür, qismən ödənişlər görünür.
Tikinti materialları mağazası proqramı — əsas imkanlar
Öz ölçü vahidləriniz
Ədəd, metr, kq, litr, qutu və istədiyiniz vahidi (m², kisə, rulon) özünüz əlavə edin.
Paketlə satış
Qutu, kisə, rulon öz miqdarı və qiyməti ilə — satılanda qalıqdan paketdəki miqdar çıxılır.
Müştəriyə xüsusi qiymət
Usta və podratçılar üçün məhsul üzrə ayrıca qiymət.
Nisyə və taksit
Borc dəftəri, qismən ödəniş, taksit cədvəli və müqavilə çapı.
Təchizatçı və qaytarma
Alış fakturası, təchizatçı borcu, ödəniş və təchizatçıya qaytarma sənədi.
Sınıq və itki
Silinmə sənədi ilə hər mal üçün səbəb (Sındı, İtdi...) — itki tarixçədə qalır.
Bütün imkanlar: rspos.az xüsusiyyətləri
Tez-tez verilən suallar
Kabeli həm metrlə, həm rulonla satmaq olarmı?
Bəli. Məhsul metrlə saxlanılır, rulon paket kimi əlavə edilir (məsələn, Rulon = 100 metr). Rulon satılanda qalıqdan 100 metr çıxılır.
m² ilə satış mümkündürmü?
Ölçü vahidləri siyahısına m² əlavə edib məhsulu bu vahidlə saxlaya bilərsiniz; miqdar kəsrli daxil olunur.
Ustaya xüsusi qiyməti necə verim?
Müştəri kartında "Qiymətlər" bölməsindən məhsul üzrə qiymət təyin olunur. Kassada həmin müştəri seçiləndə qiymət özü tətbiq olunur.
Sınan malı necə silmək lazımdır?
Anbar düzəlişi sənədində "Silinmə / azalma" seçilir, mal, miqdar və səbəb yazılır.
Faydalı məqalələr
Tikinti materialları mağazası uçotu: metr, kisə, qutu və ustaya xüsusi qiymət
Kabel metrlə, sement kisə ilə, kafel qutu ilə satılır, usta isə xüsusi qiymət istəyir. Tikinti materialları mağazasında uçotu necə qurmalı — vahid, qiymət, nisyə və anbar.
Təchizatçı fakturaları və borclar: alış tərəfini necə nəzarətdə saxlamalı
Kim neçə gətirdi, nə qədər ödənib, kimə borcluyuq? Alış fakturalarını və təchizatçı ödənişlərini bir yerdə idarə etməyin qaydaları.
Borc dəftərini rəqəmsallaşdırmaq: niyə və necə
Kağız borc dəftəri itir, oxunmur, mübahisəyə səbəb olur. Rəqəmsal alternativ mağaza sahibinə nə qazandırır.
Qiymət əlavəsi (natsenka) və marja: fərqi nədir və necə hesablanır
Bir çox mağaza sahibi natsenka ilə marjanı qarışdırır və nəticədə planladığından az qazanır. Düsturlar, cədvəl və real nümunələrlə izah edirik.
Digər biznes növləri üçün
Tikinti materialları mağazası proqramı ilə bu gün başlayın
Qeydiyyat 1 dəqiqə çəkir. 14 gün bütün imkanlar pulsuzdur.
Pulsuz başla