Avto ehtiyat hissələri mağazaları üçün

Avto ehtiyat hissələri mağazası proqramı

Minlərlə hissəni kateqoriya, brend və kodla saniyələr içində tapın. Seriya nömrəsi, zəmanət və qaytarmalar sənədli, satılmayan hissələr nəzarətdə.

Kart məlumatı tələb olunmur

Hansı problemləri həll edir?

Hissəni tapmaq vaxt aparır

Kateqoriya ağacı, brend və ad/kod üzrə axtarış — satıcı müştərini gözlətmir.

Zəmanət mübahisəsi

Seriya nömrəsi ilə satılan hissənin hansı çeklə, hansı tarixdə satıldığı görünür.

Pul rəfdə donur

Satılmayan məhsullar hesabatı köhnə modellərə aid hissələri vaxtında göstərir.

Avto ehtiyat hissələri mağazası proqramı — əsas imkanlar

Kateqoriya ağacı

Çoxsəviyyəli qruplar: Əyləc sistemi → Kolodkalar → Ön kolodkalar.

Brend və atributlar

Brend, uyğun model, ölçü, güc kimi xüsusiyyətlər kateqoriyaya bağlı atributlarla.

Kodla axtarış və etiket

POS-da ad və ya kodla axtarış; barkodu olmayan hissəyə etiketdə barkod.

Seriya və zəmanət

Seriya nömrəsi tələb olunan hissələr, zəmanət müddəti (ay) məhsul kartında.

Qaytarmalar

Müştəri qaytarması və zavod qüsurlu hissənin təchizatçıya qaytarılması.

Servislərə xüsusi qiymət

Usta və servislər üçün məhsul üzrə qiymət, nisyə dəftəri.

Bütün imkanlar: rspos.az xüsusiyyətləri

Tez-tez verilən suallar

Hissəni OEM kodu ilə tapmaq olarmı?

Kodu məhsul adına və ya (zavod barkodu yoxdursa) barkod/daxili kod sahəsinə yazın — POS axtarışı adla və kodla işləyir.

Eyni hissənin bir neçə brendi necə saxlanılır?

Hər brend ayrıca məhsuldur: öz qiyməti, maya dəyəri və qalığı olur. Brend sahəsi və ad standartı onları axtarışda yan-yana göstərir.

Zəmanətlə qayıdan hissəni necə yoxlayım?

Seriya nömrəsi ilə satılıbsa, nömrə üzrə axtarışda satış çeki və tarixi görünür.

Uyğun avtomobil modelini harada qeyd edim?

Kateqoriyaya "Uyğun model" kimi mətn atributu əlavə edin və ya qısa formada məhsul adında yazın.

Digər biznes növləri üçün

Avto ehtiyat hissələri mağazası proqramı ilə bu gün başlayın

Qeydiyyat 1 dəqiqə çəkir. 14 gün bütün imkanlar pulsuzdur.

Pulsuz başla