Market və minimarketlər üçün

Market proqramı

Kassa, anbar, tərəzi, nisyə dəftəri və hesabatlar bir sistemdə. Gün sonunda nə satıldığını, nə qədər qazandığınızı və hansı malın bitdiyini bir baxışda görün.

Kart məlumatı tələb olunmur

Hansı problemləri həll edir?

Kassada növbə yaranır

Barkod skan, tərəzi barkodu və sürətli düymələrlə çek saniyələrlə vurulur.

Nisyə dəftəri itir

Hər müştərinin borcu, ödənişi və tarixçəsi sistemdədir — kağız dəftər lazım deyil.

Malın qalığı bilinmir

Hər satış anbardan avtomatik çıxılır, az qalan mallar siyahıda görünür.

Market proqramı — əsas imkanlar

Barkodla sürətli satış

Skanerlə satış, qarışıq ödəniş (nağd, kart, nisyə), endirim və çek çapı.

Tərəzi və PLU

Çəki ilə satılan mallar üçün PLU kodları, tərəzi barkodunun kassada oxunması.

FIFO maya dəyəri

Hər partiyanın alış qiyməti ayrıca izlənir — mənfəət real maya ilə hesablanır.

Nisyə dəftəri

Müştəri borcları, qismən ödənişlər və borc tarixçəsi bir yerdə.

Qiymət etiketi çapı

58x40, 50x30, 40x25 və 70x50 ölçülərində etiket, barkodu olmayan mallara daxili barkod.

Gün sonu hesabatı

Kassa bağlanışı, satış-mənfəət, ən çox satılan mallar — istənilən tarix üçün.

Bütün imkanlar: rspos.az xüsusiyyətləri

Tez-tez verilən suallar

Market proqramı internet olmadan işləyirmi?

rspos.az bulud sistemidir, işləmək üçün internet bağlantısı lazımdır. Bunun üstünlüyü məlumatların serverdə saxlanması və kompüter xarab olsa da itməməsidir.

Çəki ilə satılan mallar necə satılır?

Mala PLU kodu verilir, tərəzi barkodlu etiket çap edir və kassada skan olunanda çəki və məbləğ avtomatik səbətə düşür.

Barkodu olmayan mallar üçün nə etməli?

Etiket çapında belə mallara daxili barkod çap olunur və kassa onu skan edib malı tanıyır.

Neçə kassa və işçi qoşmaq olar?

Bir neçə kassir və rol təyin etmək mümkündür; kassirlər yalnız icazə verilən bölmələri görür. Limitlər tarif planından asılıdır — Qiymətlər səhifəsinə baxın.

Faydalı məqalələr

2027-də market açmaq: planlaşdırma, xərc şablonu və ilk addımlar

2027-də market açmağı planlaşdırırsınız? Yer seçimi, başlanğıc xərclərini doldurmaq üçün şablon, çeşid planı, avadanlıq və proqram — açılışdan aylar əvvəl görüləcək işlər.

Mağaza uçotu necə aparılır: başlanğıc üçün addım-addım

Mağaza uçotu bir dəfəlik iş deyil, gündəlik vərdişdir. Mal qəbulundan ay sonu hesabatına qədər hər gün, hər həftə və hər ay nə etməli olduğunuzu addım-addım izah edirik.

Market biznesi üçün ilk 30 gün — POS-a keçid yol xəritəsi

POS-a keçməyə qərar verdiniz, amma haradan başlamalısınız? İlk 30 günün gün-gün yol xəritəsi.

Barkodsuz mallara barkod yaratmaq: daxili kod, etiket və kassada skan

Ev istehsalı, tökmə mal, aksesuar — barkodu olmayan məhsullar kassada vaxt itirir və səhvə yol açır. Daxili barkod yaratmaq, etiketləmək və skan etməyin qaydaları.

Meyvə-tərəvəz mağazası uçotu: çəki ilə satış, çürük itkisi və gündəlik qiymət

Meyvə-tərəvəzdə qazancı ən çox çürük və qurumaq yeyir. Çəki ilə satışı, itkinin silinməsini və gündəlik dəyişən qiyməti necə izləməli.

Çəki barkodu necə işləyir: tərəzi, PLU kodu və kassada avtomatik oxunuş

Meyvə, ət, pendir tərəzidə çəkilir, tərəzi barkodlu etiket çıxarır, kassa onu oxuyanda çəki və qiymət özü düşür. Bu barkodun içində nə yazılıb və sistemi necə qurmalı — sadə dillə.

Barkod oxunmur: skanerin etiketi tanımamasının 8 səbəbi və həlli

Etiket çap olunur, amma skaner "piq" demir. Çox vaxt problem skanerdə yox, çapdadır. Barkodun oxunmamasının 8 səbəbini və hər birinin həllini addım-addım yoxlayaq.

Digər biznes növləri üçün

Market proqramı ilə bu gün başlayın

Qeydiyyat 1 dəqiqə çəkir. 14 gün bütün imkanlar pulsuzdur.

Pulsuz başla