Tez-tez verilən suallar
FAQ — rspos.az
rspos.az POS sistemi haqqında ən tez-tez verilən sualları və cavablarını burada toplamışıq. Cavab tapa bilmədiniz? Bizimlə əlaqə saxlayın.
rspos.az ödənişlidirmi?
Bəli, abunəlik əsaslıdır. Lakin hər yeni hesab 14 günlük pulsuz sınaq alır — kart məlumatı tələb olunmur. Sınaq bitdikdə avtomatik heç nə kəsilmir.
Quraşdırma və ya endirmək lazımdırmı?
Xeyr. Bulud əsaslıdır — brauzerdə açıb istifadə edirsiniz. Kompüter, planşet və ya telefonda işləyir.
Mövcud sistemimizdən köçürmə mümkündürmü?
Bəli. CSV/Excel ilə məhsul, müştəri və açılış stok balanslarınızı toplu yükləyə bilərsiniz. Lazım olarsa komandamız köməklik göstərir.
Birdən çox kassa və ya filial dəstəklənirmi?
Bəli. Plana görə bir neçə kassa, anbar və filial bir paneldə idarə oluna bilər. Hər kassir öz icazəsi ilə işləyir.
Bar-kod skaneri ilə işləyirmi?
Bəli. USB və ya Bluetooth bar-kod skanerləri dəstəklənir. Termal qəbz printerləri də sınaqdan keçirilib.
Borc və kredit (taksit) satışı necə işləyir?
POS-da satış zamanı "Nisyə" və ya "Kredit" üsulunu seçin. Nisyə müştərinin balansına əlavə olunur, kredit isə ay-ay taksit cədvəli ilə qeydiyyatdan keçir. /borc və /kredit səhifələrində izləyə bilirsiniz.
AI hesabatlar nədir?
Sistemimizdə "AI Köməkçi" var — adi dildə sual verirsiniz ("bu ay ən çox satılan 5 məhsulu göstər"), AI verilənlər bazasına müraciət edib cavab verir.
Məlumatlarımız təhlükəsizdirmi?
Bəli. Bütün məlumatlar şifrələnmiş şəkildə (TLS 1.3) ötürülür və saxlanılır. Serverlərimiz Avropada (İrlandiya) yerləşir, GDPR uyğunluq tələblərinə cavab verir. Gündəlik avtomatik yedəkləmə aparılır.
Hesabımı necə ləğv edə bilərəm?
Paneldə "Ayarlar → Hesab" bölməsindən. Heç bir gizli ödəniş və ya bürokratiya yoxdur. Məlumatlarınız 30 gün ərzində tam silinir.
Texniki dəstəyi necə əldə edə bilərəm?
WhatsApp: +994 70 230 06 07, e-poçt: info@rspos.az. İş günləri B.E–C.A, 09:00–18:00 Azərbaycan dilində xidmət göstərilir.
Faktura və e-qaimə ilə inteqrasiya varmı?
Bəli. Sistemdə daxili faktura modulu var. Vergilər və EDV avtomatik hesablanır. E-qaimə inteqrasiyası roadmap-də ən üst sıradadır.